Vəzifəli şəxs sərxoş halda qəza törətdi, xəsarət alan var — FOTOLAR

SOSİAL MEDİA 23 dek 2021, 08:56
Novxanı-Binəqədi şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, qəza Novxanı qəsəbəsində baş verib.

1986-cı il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi “KİA Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “KİA Rio” markalı maşına çırpılıb.

Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana, daha sonra işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində “KİA Rio” markalı maşının sərnişini, 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.

Qeyd edək ki, S.Vəliyev Beynəlxalq Hava Limanında xidmətə çıxan Dövlət Gömrük Komitəsinin leytenant xüsusi rütbəsində olan zabitidir.(apa.az)

undefinedundefinedundefined

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top