Bakı İdman Sarayına yeni direktor təyin olundu

İDMAN 22 dek 2021, 13:42
Bakı İdman Sarayına yeni direktor təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, saraya rəhbərlik Əli Əsgərova həvalə olunub. Ə.Əsgərov bu gündən fəaliyyətə başlayıb.

O, yeni təyinatadək "Azərişıq" ASC-nin Təhlükəsizlik idarəsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Bakı İdman Sarayına Cəlalət Kazımova rəhbərlik edib. C.Kazımova dekabrın 20-də işdən çıxarılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top