Məktəb direktorlarının təyinatı səlahiyyəti Təhsil Nazirliyinə verildi

SOSİAL 21 dek 2021, 10:53
"Yerlərdə təhsil qurumlarına direktor təyinatı artıq Təhsil Nazirliyi tərəfindən icra olunacaq. Bu günə qədər ikili tabelik var idi, yeni sərəncamla bu məsələ həllini tapıb".

Demokrat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, hər hansı vəzifələrin tutulması üçün qanunvericilik tərəfindən heç bir qadağa yoxdur: "Hər hansı məktəbin sinif otağında baş verən hadisə birbaşa müəllimdən asılıdır. Forma dəyişikliklərindən yox mahiyyət dəyişikliklərindən danışmaq lazımdır. Proses düzgün qurulmalıdır ki, direktorlarım təyinatı şəffaf olmalıdır"

"Daha mərkəzləşdirilmiş sistemə keçirik, bu da səmərəli şəkildə icra olunur. Əsas təyin olunan adamın peşəkarlığı və bu işin təşkilinin şəffaf olmasıdır. Direktorlar müsabiqə yolu ilə seçilirlər və görünən odur ki, iştirak edənlərin sayı azdır. Bu gün ölkədə 500 direktor vəzifəsi boşdur. Problem bacarıq və səriştə ilə əlaqəlidir. Zamanla rəqabətli əmək münasibətləri sistemi ilə məsələ həllini tapacaq" - nazir əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top