Şəhriyar Məmmədyarov Rauf Məmmədova qalib gəldi

İDMAN 20 dek 2021, 20:40
Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin 4-cü turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gəlib.
 
İlk  2 partiyada heç-heçə qeydə alındığından armageddon oynanılıb.
 
Burada daha güclü olan Məmmədyarov yekunda 2:1 hesablı qələbə qazanıb.
 
Bu turda digər Azərbaycan şahmatçısı Vüqar Əsədli isə macarıstanlı Riçard Rapport ilə qarşılaşıb. Əsədli ilk partiyada sülh bağlasa da, növbəti dueldən məğlub ayrılıb.
 
V turda Məmmədyarov hindistanlı Vişvanatan Anandla üz-üzə gəlib. İlk iki görüşdə qalib müəyyənləşməyib və bu dəfə Məmmədayarovun özü armageddonda uduzub. Əsədli isə çexiyalı David Navara ilə bacarmayıb - 0:2.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top