Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin 4-cü turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gəlib. İlk 2 partiyada heç-heçə qeydə alındığından armageddon oynanılıb. Burada daha güclü olan Məmmədyarov yekunda 2:1 hesablı qələbə qazanıb. Bu turda digər Azərbaycan şahmatçısı Vüqar Əsədli isə macarıstanlı Riçard Rapport ilə qarşılaşıb. Əsədli ilk partiyada sülh bağlasa da, növbəti dueldən məğlub ayrılıb. V turda Məmmədyarov hindistanlı Vişvanatan Anandla üz-üzə gəlib. İlk iki görüşdə qalib müəyyənləşməyib və bu dəfə Məmmədayarovun özü armageddonda uduzub. Əsədli isə çexiyalı David Navara ilə bacarmayıb - 0:2.
Şəhriyar Məmmədyarov Rauf Məmmədova qalib gəldi
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


