İranda koronavirusla bağlı son vəziyyət

REGİON 20 dek 2021, 16:12
İranda ötən sutka ərzində 2 390 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 131 124 nəfərə, yoluxanların sayı isə 6 173 369 nəfərə çatıb. Virus daşıyıcılarından 2 849 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 009 489 nəfər koronavirusdan sağalıb, 40,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 114 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 4,05 milyon təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top