Gürcüstanın keçmiş Baş Qərargah rəisi Berlində saxlanıldı

REGİON 19 dek 2021, 22:30
Gürcüstanın keçmiş Baş Qərargah rəisi Georgi Kalandadze Berlində saxlanılıb.

Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı bildirib. 

"Baş Qərargahın keçmiş rəisi Kalandadze Almaniyada saxlanılıb. O, Gürcüstan hakimiyyətinin tələbi ilə Berlində tutulub", - teleşirkət məlumat yayıb.

Qeyd edək ki, Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib. Onu həmin vaxt ölkənin prezidenti olmuş Mixail Saakaşvili təyin edib.

Kalandadzenin saxlanmanın səbəbi hələlik məlum deyil. Ona qarşı 2012-ci ildə vətənində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb.

Kalandadze özü də son illər Ukraynada işləyir. O, kiçik bir qrup gürcü əsgəri ilə birlikdə 2014-cü ilin yayında Ukraynaya gəlib./qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top