Bakı-Ələt yolunda qəza: 9 nəfər xəsarət aldı

HADİSƏ 17 dekabr 2021, 23:53
Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.

Bu  barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu paylaşım edib.

O bildirib ki, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var:

“Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə yeddi nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla, çox ağır vəziyyətdə olan yaralılar var”.

***

E.Hidayətoğlu bildirib ki, Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə doqquz nəfər gətirilib.

Yaralıların siyahısı:

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,

2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,

3. 2010-cu il təvəllüdlü Əlili Əli,

4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,

5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,

6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,

7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,

8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,

9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

Xəstələrdən üç nəfər reanimasiyadadır. Bir nəfər neyrotravma, bir nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top