“Köhnə şirniyyatlar emal olunub təzədən satılır” — ŞOK AÇIQLAMA

GÜNDƏM 17 dek 2021, 15:26
Belə bir deyim var: "Şirin ye, şirin danışasan..." 

Bəli, elə insanlar var ki, onlar qida rasionlarını şirniyyatsız təsəvvür edə bilmirlər. Bəs, bəh-bəhlə alıb süfrəmizə gətirdiyimiz şirniyyatların nə dərəcədə keyfiyyətli olduğundan xəbərdarıqmı? Məlum olduğu kimi, paytaxtda və bölgələrdə çoxlu sayda şirkət və sexlər tərəfindən şirniyyat məhsulları bişirilərək satış mərkəzlərinə göndərilir. Təəssüf ki, satış mərkəzlərində əhaliyə satılan çeşidli şirniyyat məhsullarının heç də hamısı keyfiyyətli və istifadəyə yararlı deyil. 

Qida Texnoloqu Ağa Salamov Demokrat.az-a açıqlamasında bildirib ki, çox zaman köhnə şirniyyatlar satılmadığı təqdirdə yenidən emal olunur və satılır. Ekspert qeyd edib ki, bir məhsulun artıq ikinci dəfə bişirilməsinin çox böyük fəsadları olur: 

Yayın qida rasionu: Nə yeyək ki, zəhərlənməyək?

“Həmin şiniyyatların satışı həyata keçirildiyi təqdirdə, bu, insan orqanizmlərinə fəsadsız ötüşmür. Bəzən görürük ki, bunlar zəhərlənmə ilə nəticələnir.  Şirniyyatlarda istifadə olunan yağlar da təhlükə mənbəyidir. Yəni, biz bunun iqtisadi tərəfini götürəndə özümüzü aldatmalı deyilik. Çox nadir hallar olur ki,  şokolad istehsal edən fabrik kakao yağından istifadə edir. Təbii ki, orada palma yağı daha üstündür. Çünki palma yağı otaq temperaturundada ərimir, vitrində də yaxşı qalır. Hər hansısa bir müəsisə  şokoladı  təmiz kakao yağından edəcəksə, təbii ki, onun ərimə müddəti temperaturu var və ərimə temperaturuna malik olduğu üçün o, otaq temperaturunda əriyəcək. Qeyd edim ki, palma yağı ilə hazırlanan şokoladlar birmənalı olaraq xərçəng hüceyrəsi əmələ gətirir. Çünki o, orqanizmdə mənimsənilmir, sintez olunmur. Qaraciyərə, o cümlədən də yağ toxumalarına təsiri olur. Bunun da təbii ki, insan orqanizminə fəsadları həddindən artıq çoxdur”.

Ekspert qeyd edib ki, şirniyyatlarda təkcə palma yağından deyil, eyni zamanda marqarinlərdən geniş istifadə olunur: “Bu marqarinlərin də təbii ki,  harada, hansı şəraitdə hazırlanması, nədən hazırlanması və s. barədə heç bir məlumat yoxdur. Sadəcə yazırlar bitki yağıdır. Amma  o, nə bitkisidir heç kim bilmir. Ona görə də, ucuz olduğuna görə marqarinlərdən şirniyyatlarda geniş istifadə olunur. Təmiz kərə yağından istifadə olunsa, o zaman təbii ki, maya dəyəri yüksək olur və müəssisə bunu  satmaqda çətinlik çəkir. Ona görə də, məhsulun ucuz başa gəlməsi üçün ucuz xammal alınır. Xammalın ucuz  alınması da, öz sözünü deyir. “Ucuz alıb, istehsal etmək” prinsipi ilə təbii ki, qazanc əldə edirlər. Nəinki palma yağı, hətta “əla növ” unundan hazırlanmış şıirniyyatlar da qaraciyər piylənməsinə, mədə şişkinliyinə, köpə, həzmsizliyə  gətirib çıxardır. Ona görə də, mən düşünürəm ki, insanlar o cür şirniyyatların əvəzinə dietik şiniyyatlara üstünlük versinlər. Çovdar və tam buğda unundan hazırlanmış dietik peçenyelərdən istifadə edə bilərlər, hətta ora evdə istədikləri quru meyvələri əlavə etməklə, istehlak edə bilərlər. Bu, daha faydalıdır, daha liflidir, nəinki mağazalarda işbazların satdığı şirniyyatlar. İnanıram ki, bu dediklərimdən nəticə çıxardıb insanlar gedib, evdə lifli qidalara üstünlük verəcəklər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top