Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür etdi

XARİCİ SİYASƏT 17 dek 2021, 11:32
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarus xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.

Bu barədə Demokrat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top