Qadın dəm qazından zəhərləndi

SOSİAL 13 dek 2021, 23:25
Xaçmazda yerli sakin dəm qazından zəhərlənərək ölüb.

Hadisə Müxtədir qəsəbəsində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Ceyran Həsən qızı Qədirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Hadisə yerinə Xudat şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

C.Qədirovanın meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top