"Media haqqında" yeni Qanun: Azərbaycan mətbuatı üçün yeni üfüqlər açılır — VİDEO

MEDİA 12 dek 2021, 09:47
Ölkəmizdə media haqqında hazırlanan yeni qanun layihəsində bu sahədə köklü dəyişikliklərin aparılması nəzərdə tutulur. Yeniliklər inkişafı daha da sürətləndirəcək. Yeni qanun jurnalistlərə bir sıra üstünlüklər qazandıracaq. Media haqqındakı indiki qanun müasir tələblərə cavab vermir. Buna görə də, yeni qanun layihəsinin hazırlanmasına zərurət var idi. Ekspertlər deyirlər ki, qanun layihəsinin qəbul olunması ilə Azərbaycan mediasında yeni inkişaf mərhələsi başlayacaq.

Media haqqında hazırlanan yeni qanun layihəsi ölkəmizdə bu sahənin daha sürətli şəkildə inkişaf etməsinə şərait yaradacaq. 

Media eksperti Elçin Mirzəbəyli bildirib ki, hazırki  "Kütləvi informasiya vasitələri haqqında" qanunun qəbul olunmasından xeyli vaxt keçib. Onun sözlərinə görə Mövcud qanun müasir çağırışlarla uzlaşmadığıdan bu sahədə yeniliyə ehtiyac var idi. O qeyd edib ki, Qanun layihəsi Azərbaycan mediasının bundan sonrakı fəaliyyətini hansı hüquqi çərçivələr daxilində davam etdirəcəyini aydın şəkildə göstərir.

Elçin Mirzəbəyli vurğuladı ki, qanun layihəsinin qəbul olunması ilə Azərbaycan mediasında yeni mərhələ başlayacaq.Media subyektlərinin, jurnalistlərin reysteri ilə bağlı qanun layihəsində müvafiiq müddəalar var ki, bu, reyestrə daxil olan jurnalistlərə bir çox üstünlüklər qazandıracaq.

Elçin Mirzəbəyli əlavə edib ki, yeni qanun layihəsi peşəkar fəaliyyət üçün daha böyük imkanlar açacaq.

Xəzər TV

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top