Ermənistanda hərbçilər həbs olundu

REGİON 12 dek 2021, 08:45
Hərbi hissənin şəxsi heyəti noyabrın 16-da döyüş mövqelərini tərk edərək qaçıblar, nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Ermənistanın suveren ərazisinə daxil olub.
 
Bu barədə Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
 
Məlumatda daha sonra deyilir:
 
"Ermənistanın İstintaq Komitəsinin həyata keçirdiyi istintaq və digər prosessual hərəkətləri nəticəsində əldə edilən məlumatlar əsasında müəyyən edilib ki, 16 noyabr 2021-ci ildə təxminən saat 11:30-da düşmən Sünik vilayətinin Kilisali-İşhanasar hissəsində yerləşən üç erməni mövqeyinə hücum edib.
 
N mövqeyə cavabdeh olan, N mövqeyinin baş növbətçisi və 2 müşahidəçisi Ermənistan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsinin təsdiq edilməsi" haqqında qanunla və Ermənistan Respublikası müdafiə nazirinin müvafiq əmri ilə müəyyən edilmiş döyüş növbəsinin aparılması qaydalarını pozub.
 
O cümlədən döyüş növbəsini çəkən hərbi qulluqçular, düşmənin hücumu haqqında məlumat əldə etdikdən sonra və bu zaman silah işlətmək hüququna malik olmalarına rəğmən, döyüş mövqeyinə soxulmuş və onları əsir götürməyə cəhd edən düşmən əsgərləri ilə danışıqlara getmək qərarına gəlib.
 
Qeyd edilən hərəkərləri icra etmək əvəzinə, şəxsi heyət döyüş mövqelərini tərk edərək qaçmağa başlayıb, nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Ermənistanın suveren ərazisinə soxulmuş, döyüş mövqeləri onların nəzarətinə keçib. Döyüş mövqeyini tərk edən 24 hərbi qulluqçu əhatəyə alımaraq əsir götürülüb.
 
Öldürülmüş Qurqen Sarkisyanın, Artur Martirosyanın və David Amiryanın cəsədləri 2021-ci il noyabrın 17 və 20-də erməni tərəfinə təhvil verilib. 7 hərbi qulluqçu 26 noyabr və 4 dekabrda erməni tərəfə qaytarılıb, 14 nəfər hərbi quçluqçunun olduğu yer barəsində bu günə kimi məlumat yoxdur.
 
Bu ilin dekabrın 6-da adlçəkilən N mövqeyi üzrə məsul şəxs, leytenant S.A , N mövqeyinin baş növbətçisi A.A., müşahidəçilər R.N. və A.M. ağır nəticələrə səbəb olmuş döyüş növbəsinin və ya döyüş xidmətinin aparılması qaydalarının pozulmasında şübhəli şəxs qismində sazlanılıb.
 
Dekabrın 8 və 9-da Ermənistan Respublikası CM-in 365-ci maddəsinin 3-cü hissəsi üzrə onlara qarşı ittiham irəli sürülüb.
 
İrəvan şəhərinin ümumi yurisdiksiyasının məhkəməsinə sonuncuların qarşı həbs qətimkan tədbiri olaraq həbs edilməsi barədə vəsatət təqdim edilib.
 
Məhkəmə vəsatəti təmin edib.
Bundan başqa, müəyyən olunub ki, N mövqeyinə məsul təyin edilmiş Ermənistan Respublikasının N saylı hərbi hissəsi tabor komandirinin mənəvi-psixoloji təminat üzrə müavini mayor N.E. döyüş xidmətinin təşkili  və aparılması qaydalarını pozmuş və bu, ağır nəticələrə gətirib çıxarıb.
 
Azərbaycan SQ  hərbi qulluqçuları Ermənistanın suveren ərazisinə, döyüş mövqeyinə soxulub, döyüş mövqeyində qalan 13 hərbi qulluqçu əsir götürülüb, döyüş mövqeyi düşmənin nəzarətinə keçib. Əsir götürülmüş hərbi qulluqçular Taron Saakyanın və Arsen Qasparyanın cəsədləri noyabrın 17 və 19-da erməni tərəfinə verilib, 4 hərbi qulluqçu (o cümlədəm mayor N.E ) dekabrın 4-də erməni tərəfinə qaytarılıb.
 
Mövqedə qalan 7 hərbi qulluqçunun yeri barədə bu günədək məlumat yoxdur.
 
Mayor N.E. dekabrın 6-da saxlanılıb, ona ER CM-nin 365-ci maddəsinin 3-cü hissəsi üzrə ittiham irəli sürülüb. Məhkəməyə sonuncu barəsində həbs qətimkan tədbiri tətbiq edilməsi haqqında vəsatət təqdim edilib, lakin məhkəmə onu rədd edib. Məhkəmənin qərarı prokurora göndərilərək, appelyasiya şikayətinin verilməsinin məqsədəuyğun olub-olmaması barəsində məsələnin müzakirə edilməsi ilə bağlı vəsatət qaldırılıb.
 
Qeyd edək ki, tabor komandirinin vəzifələrii icra edənə və N döyüş mövqeyinin müşahidəçisinə Ermənistan Respublikası CM-in 365-ci maddəsinin 3-cü hissəsi üzrə ittiham irəlu sürülmüş və onlar həbs qətimkan tədbiri seçilib.
 
İlkin istintaq davam edir.
 
İstintaqı həyata keçirən orqan adıçəkilən döyüş əməliuyyatları zamanı öz xidməti vəzifələrinin icrası zamanı müstəsna şücaət göstərmiş növbə çəkən etməni hərbi qulluqçularının qəhrəanlığı haqqında da ictimaiyyətə müraciət edərək təqdim etməyi lazım bilib.
 
Belə ki, adıçəkilən döyüş mövqeyində müqavilə üzrə hərbi qulluqçu sıravi Qurqen Sarkisyan düşmənə təslim olmayaraq, təsviredilməz döyüş ruhunu, müstəsna igidlik göstərərək, qumara ilə özünü partladıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top