Tovuzda qardaşlardan birini öldürüb, digərini yaralayan şəxs saxlanıldı

KRİMİNAL 08 dek 2021, 16:44
Tovuz rayonunda qətl törədən şəxs saxlanılıb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Kənd sakinləri - 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Əlirzayev qardaşları mübahisə zəminində 1981-ci il təvəllüdlü Maksim Mehdiyev tərəfindən bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb.

Fərman isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Daha sonra M.Mehdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top