Şuşada at sərgiləri keçiriləcək

QARABAĞ 07 dek 2021, 20:46
Nazirlər Kabineti “At sərgilərinin təşkili və keçirilməsi Qaydaları”na dəyişiklik edib.

Qərara əsasən, Şuşa şəhərinin ərazisində at sərgilərinin keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır.

Qeyd edək ki, Qaydaya əsasən, at sərgiləri ildə bir dəfə cıdır meydanlarında keçirilir. mülkiyyət formasından asılı olmayaraq, atçılıqla məşğul olan bütün hüquqi və fiziki şəxslər sərgidə iştirak edə bilərlər. Sərgidə nümayiş etdirmək üçün atın müvafiq sənədləri (şəhadətnamə, baytarlıq sənədi, şəkli və s.) əvvəlcədən təqdim olunmalıdır. Sərgi Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumları tərəfindən təşkil olunur.

Beləliklə, Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumları tərəfindən Şuşa şəhərinin ərazisində at sərgilərinin keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top