Qərbi Azərbaycandan azərbaycan türklərinin sonuncu deportasiyasının 33-cü il dönümü ilə əlaqədar olaraq Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti bəyanatla çıxış edib.
Bəyanatda bildirilir ki, 1988-ci ildə indiki Ermənistan Respublikası adlandırılan qədim türk yurdu-Qərbi Azərbaycandan 100 minlərlə azərbaycan türkü deportasiya edilib.
1988-ci ildə indiki Ermənistandan azərbaycanlıların kütləvi deportasiya aktlarının təsadüfi olmadığını vurğulayan cəmiyyət qeyd edib ki, bütün bunlar düşünülmüş və planlaşdırılan sistemli fəaliyyətin sonuncu mərhələsi olub.
“Deportasiya Qurbanları Cəmiyyəti 1988-ci ildə həyata keçirilən deportasiya aktını Azərbaycan xalqına qarşı əsası 200 il əvvəl Çar Rusiyası tərəfindən qoyulan, SSRİ zamanı davam etdirilən anti-türk və anti-islam siyasətinin davamı, əsas məqsədin isə bölgədə ermənilər üçün daha münasib şərait yaratmaq olduğunu qeyd edir”,- bəyanatında bildirilib.
Deportasiya Qurbanları Cəmiyyəti xatırladıb ki, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev tərəfindən 1997-ci ilin dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb. Bu tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə işlər görülməsini nəzərdə tutub.
Cəmiyyət bildirir ki, anti-türk siyasətinin davamı olaraq indiki Ermənistan adlandırılan tarixi türk torpaqlarından sonuncu kütləvi deportasiya aktı 1988-ci ilin noyabr-dekabr aylarında həyata keçirilib, nəticədə Ermənistan adlanan ölkədə türklərin tarixi-etnik təmizlənməsi prosesi başa çatdırılıb. Bu zaman Ermənistanın 22 rayonunda və 300 kəndində yaşayan 250 min nəfər azərbaycanlı öz tarixi torpaqlarından qovulub, erməni quldur dəstələrinin vəhşiliyi nəticəsində yüzlərlə azərbaycanlı qətlə yetirilib.
Deportasiya Mərkəzi 1988-ci ilin noyabr-dekabr aylarında baş verən sonuncu deportasiya aktının 33-cu ilində, bu hadisəni pisləyir, Sovet strukturları, kommunist partiyasının rəhbərliyi və hərbçilərinin dəstəyi sayəsində erməni quldur dəstələrinin həyata keçirdiyi bu anti-insani akta beynəlxalq hüquqi qiymət verilməsini tələb edir.
Cəmiyyət qeyd edir ki, SSRİ-nin süqutu ərəfəsində Qərbi Azərbaycandan 250 min insanın planlı şəkildə və zor gücünə deportasiya edilməsi həm də SSRİ-nin dağılmasından sonrakı mərhələdə onların indiki Ermənistan adlanan dövlətdən öz müqəddəratını təyin etmə hüququndan mərhum edilməsinə hesablanan siyasi qərar olub.
Deportasiya Qurbanları Cəmiyyəti 44 günlük savaş nəticəsində Azərbaycan Respublikasının işğala məruz qalan ərazilərinin əhəmiyyətli hissəsinin azad edilməsini salamlayır, xüsusilə Prezident İlham Əliyevin Qərbi Zəngəzur, Göyçə, Dərələyəz, Zəngibsar və digər tarixi torpaqlarımızla bağlı fikirlərini birmənalı dəstəkləyir.
Deportasiya Qurbanları Cəmiyyəti ümid edir ki, Qərbi Azərbaycandan bir neçə mərhələli deportasiya aktlarına, bu tarixi torpaqlarda türk izinin və mədəniyyətinin vəhşicəsinə silinməsinə baxmayaraq, günün birində hökmən vətənin həmin hissəsində Azərbaycan dövlət bayrağı dalğalanacaq.
Demokrat.az