“Həqiqətən də Xankəndidə bir bayram günü oldu. Bu, sadəcə diplomatik bir tədbir deyil, həm də tarixi-siyasi simvolizmi olan bir hadisədir. Xankəndi ilk dəfə beynəlxalq liderləri qəbul edir”.
Bu fikri Demokrat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təmsilçisi Hulusi Kılıç deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təsdiqi, suverenliyinin təntənəsi kimi dəyərləndirilə bilər:
“Artıq Xankəndi öz qapılarını dost ölkələrin liderlərinə açaraq həm də Qarabağın gələcəyinə dair güclü mesaj verir. Bu həm siyasi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Bir neçə gün öncə Xankəndidə tarix yazıldı. Ali Baş Komandanın İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) zirvə görüşünü məhz Xankəndidə təşkil etmək təşəbbüsü və onun gerçəkləşməsi, Prezidentin uzaqgörənliyinin, yüksək liderlik bacarığının və xarici siyasətdə nə qədər güclü bir lider olduğunun bariz sübutudur. Bir zamanlar münaqişə bölgəsi olan Xankəndi bu gün sülhün, əməkdaşlığın mərkəzinə çevrildi. Dünyanın gözü Xankəndidə idi. Xankəndi Azərbaycanın qədim torpağı olduğunu bir daha dünyaya göstərdi.
2021-ci ildə Şuşada keçirilən görüş zamanı Prezident Rəcəb Tayyib Ərdoğan, Prezidentə Xankəndini göstərərək "otelimiz oradamı olacaq?" deyəndə, Prezident İlham Əliyev demişdi ki, “orada da olacaq”. Və oldu. Bu qədər qısa və bu qədər tez”.
Sabiq səfir qeyd edib ki, 13 ECO üzvü ölkənin dövlət və hökumət başçılarının Xankəndidə toplanması və burada zirvə görüşünün keçirilməsi tarixi hadisədir:
“Prezidentə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu zirvə bir daha Azərbaycanın beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edə biləcəyini sübut etdi. Bununla yanaşı, İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi dəyəri də burada bir daha gördük. KKTC Prezidenti Ersin Tatarın zirvədə iştirakı və bu istiqamətdə atılan addımlar böyük əhəmiyyət daşıyır. Bu jest, Prezidentin həm beynəlxalq həmrəylik, həm də türk dünyasının birliyi yolunda atdığı mühüm addımlardan biridir. Bu tarixi zirvə görüşü həm də Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bir daha nümayiş etdirdi.
Xankəndidə keçirilən beynəlxalq tədbir, ölkəmizin ərazi bütövlüyünün artıq dünyada qəbul edildiyini göstərdi. Beynəlxalq ictimaiyyətin və ECO-ya üzv dövlətlərin liderlərinin Xankəndiyə gəlişi təkcə diplomatik jest deyil, həm də siyasi və geosiyasi baxımdan mühüm mesajdır: Qarabağ Azərbaycandır və artıq bu, danılmaz bir reallıqdır. Zirvə görüşündə qəbul edilən qərarlar həm iqtisadi əməkdaşlığın gücləndirilməsi, həm də nəqliyyat, enerji, ticarət, turizm və digər sahələr üzrə yeni əməkdaşlıq imkanlarının yaranması baxımından böyük əhəmiyyət daşıyır. Bu, həm də region ölkələrinin bir-birinə inteqrasiyasını sürətləndirəcək və türk dünyasının daha da yaxınlaşmasına töhfə verəcəkdir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu tədbir Azərbaycan diplomatiyasının nə qədər çevik və təsirli işlədiyini də ortaya qoydu. Azərbaycanın beynəlxalq imici daha da möhkəmləndi, güc və nüfuzu artdı. Bu zirvə sadəcə bir toplantı deyil, Azərbaycanın gücünü, siyasi iradəsini, beynəlxalq arenadakı nüfuzunu, Qarabağın dirçəlişini və türk dünyasının birliyini nümayiş etdirən tarixi bir hadisə idi”.
Leyla Turan
Demokrat.az