Təhsil sistemi bu yeniliyə hazırdırmı? — AÇIQLAMA

GÜNDƏM 06 oktyabr 2025, 15:53
"Bu, qəbul edilən bir təklifdir. Amma burada əsas məsələ imtahanların online formatda keçirildiyi zaman imtahanı verənin həqiqətən özü olub-olmamasına necə əmin olunacağıdır. Bu məqsədlə hansı sistemlərin tətbiq ediləcəyi vacib məsələdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.

"Bu, bir qədər çətin məsələ kimi görünsə də, düşünürəm ki, imtahanın tam şəkildə deyil, müəyyən komponentlərinin online formatda keçirilməsi daha məqsədəuyğun olardı. Məsələn, ingilis dili üzrə "speaking" və ya müsahibə (intervyu) mərhələsinin online təşkili ilkin mərhələdə həm maraqlı, həm də faydalı ola bilər".

O bildirib ki, ümumilikdə imtahanların online keçirilməsi üçün infrastruktur məsələsi önəmlidir:


"Bu, yalnız Dövlət İmtahan Mərkəzinin texniki bazası ilə bağlı deyil, həm də imtahan verən şəxslərin imtahan vermək üçün uyğun şəraitə malik olması ilə bağlıdır.
Burada proqram təminatı, təhlükəsizlik məsələləri, imtahan zamanı kənar şəxslərin müdaxiləsinin qarşısının alınması kimi məqamlar da diqqətə alınmalıdır. İnfrastrukturun hansı formada qurulması və təhlükəsizlik məsələlərinin müzakirəsi ilkin mərhələdə daha məqsədəuyğun addım olardı. Təbii ki, zaman keçdikcə digər komponentlərin də online formada keçirilməsi mümkündür və bu istiqamətdə təcrübə artdıqca prosesin səmərəliliyi də yüksələcəkdir".


Qeyd edək ki, uzun müddətdir magistr mərhələsinə qəbul imtahanının online qaydada keçirilməsi təklif olunur.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top