İranın Zəngəzur dəhlizi ilə bağlı siyasəti dəyişir? — AÇIQLAMA

GÜNDƏM 08 iyul 2025, 15:34
“Düşünürəm ki, Pezeşkianın Xankəndidəki görüşləri Zəngəzur dəhlizinin açılmasına növbəti bir töhfə olacaq”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. 



O bildirib ki, 12 günlük İsrail-İran müharibəsi İranın xarici siyasətində dəyişikliyə səbəb ola bilər:

“Xankəndində İran Prezidenti Məsud Pezeşkianın İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla görüşlərində əsasən geosiyasi maraqların uzlaşdırılması, birgə atılacaq siyasi addımlardan danışılıb. 

Əminəm ki, bu görüşlərdə 12 günlük İsrail-İran müharibəsi də müzakirə olunub. İran çox ciddi zərərə uğrayıb, itkilərə məruz qalıb. Bu hadisədən İran dərs çıxarmalıdır və İranın xarici siyasətində fundamental dəyişikliklərə səbəb olmalıdır.

İran bir növ təcrid siyasətindən əl çəkib qonşu, müsəlman ölkələrlə daimi əməkdaşlıq münasibətləri qurmalıdır. Bu kontekstdə atılacaq addımlardan biri də yeni nəqliyyat kommunikasiyalarının açılması və İranın bu prosesdə əngəl deyil, yardım siyasəti yürütməsidir. Çünki Zəngəzur dəhlizinin Orta Dəhlizin davamı kimi açılması İranın geosiyasi və iqtisadi maraqlarına uyğundur”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 iyul 2025, 19:22
Top