Rusiya Azərbaycanın daha 12 müəssisəsinə pomidor və alma idxalına icazə verib

SOSİAL 04 dek 2021, 00:26
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") dekabrın 6-dan Azərbaycanın daha 12 müəssisəsinə pomidor və alma tədarükünə icazə verib.

Bu barədə agentliyin saytında məlumat verilib.

Məlumata görə, “Rosselxoznadzor" dekabrın 6-dan 7-si pomidor, 5-i isə alma istehsal edən 12 müəssisədən pomidor və alma idxal edəcək.

Qeyd edək ki, "Rosselxoznadzor" ötən il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə müvəqqəti məhdudiyyətlər qoyub. Xidmət xatırladır ki, onlarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlanıb./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top