Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə silahlı insident

REGİON 03 dek 2021, 21:59
Gürcüstanın Laqodexi bələdiyyəsində mübahisə zəminində gənc oğlan yaralanıb.

Hadisə bu gün azərbaycanlıların yaşadığı Qaracalar kəndində baş verib.

Kənd sakini odlu silahdan gəncə bir neçə dəfə atəş açıb. Yaralı Laqodexidəki “Arximed” klinikasına yerləşdirilib.

Mübahisəyə nəyin səbəb olduğu məlum deyil.

Hadisə ilə bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı ilə araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top