Misir XİN-dən başsağlığı

GÜNDƏM 02 dek 2021, 23:46
Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi (XİN) 14 nəfərin həlak olduğu hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
 
Bu barədə Misir XİN-in feysbuk səhifəsində paylaşılıb.
 
Paylaşımda deyilir:
 
“Misir Ərəb Respublikası insan itkisi və ağır xəsarətlərlə nəticələnən hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına dərin hüznlə başsağlığı verir. Həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”.
 
“Misir bu faciəli qəzada Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bir daha təsdiqləyir”, - paylaşımda vurğulanır.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top