“DSX nöqsansız deyil, ancaq güc strukturları arasında ən yaxşısı olmasından əminəm”

GÜNDƏM 02 dek 2021, 21:59
“Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə heç vaxt görüşməmişəm, danışmamışam və heç bir şəxsi münasibətim yoxdur. Uzun illərdir başqa güc strukturlarının rəhbərləri kimi onun fəaliyyətini də çox yaxından izləyirəm. Onu Dövlətə sadiq, milli təəssübkeşliyi olan bir vəzifəli şəxs sayıram”. 

Demokrat.az-ın məlumatına görə, bu barədə hüquqşünas Aslan İsmayılov "facebook" səhifəsində yazıb:

Əlbəttə, onun da başçılıq etdiyi DSX nöqsansız deyil, ancaq güc strukturları arasında ən yaxşısı olmasında əminəm. İkinci Qarabağ müharibəsində də bu fərqi çoxları gördü. Uzun illərdir ki, dəfələrlə onun şəxsinə və başçılıq etdiyi struktura ölkə xaricindən və daxilindən hücumların təşkil edildiyini də başqaları kimi mən də görürəm. Son hadisədə onun mütəşəkkil şəkildə istefaya çağrılması da təsadüfi deyil. Ona görə də bu kampaniyaya qoşulanlara ehtiyatlı olmağa və bu ərəfədə oyuna düşməməyi tövsiyyə edirəm“.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top