Elçin Quliyev: “Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər”

HƏRBİ 01 dek 2021, 13:25
“Silahdaşlarımızı itirdik. Bu itki çox ağırdır. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər”.

Demokrat.az xəbər verir ki, bu fikirləri DSX rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib.

“Şəhid olan hərbi qulluqçularımızın ailələrinə başsağlığı verirəm”, - o bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top