Bakıda polis nəzarət-profilaktik tədbirləri həyata keçirdi

SOSİAL 29 noy 2021, 23:07
Paytaxtda polis, mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib

"Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunmaqla barələrində inzibati tənbeh tədbirləri tətbiq olunur.

Tədbirlər davam etdirilir. Vətəndaşları qayda və tələblərə əməl etməyə çağırırıq", - deyə nazirlik rəsmisi əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top