“Qalib xalqın sağlam gəncləri” layihəsi Zaqatalada — FOTO

SOSİAL 29 noy 2021, 22:15
“Qalib xalqın sağlam gəncləri” layihəsi Zaqatalada Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olan “Gənc Velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində Zaqatala rayonunda velosiped idman növü üzrə nəzəri və praktiki təlimlər təşkil edib.

Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını təşviq etməkdir. Layihə Zaqatala rayonunda “Gənclərin inkişaf və karyera mərkəzi”nin velosiped bölməsinin işinin fəallaşması və təkmilləşməsi işində də öz töhfəsini verəcək.

Seminar zamanı layihə iştirakçılarına velosiped üzərində nəzəri və praktiki təlimlər keçirilib, müxtəlif çap materialları paylanılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Tədbirin sonunda fərqlənən iştirakçılar diplomla təltif edilib.

Qeyd edək ki, layihə növbəti mərhələsi Bakı şəhərində təşkil ediləcək.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top