“Bu, Azərbaycanın güclü dövlət olduğunu bir daha dünyaya göstərir”— Deputat

GÜNDƏM 29 noy 2021, 19:57
“Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il ərzində bütün şəhər və kəndləri, o cümlədən mədəni, dini irs abidələrini yerlə-yeksan edib. Qeyd edim ki, Azərbaycan işğal altında olan əraziləri azad etdikdən sonra burada çox böyük quruculuq və abadlıq işlərinə başlanılıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Hazırda bir sıra layihələrin uğurla yerinə yetirildiyini diqqətə çatdıran deputat əlavə edib ki, bölgədə artıq yeni şəhərlər, qəsəbələr salınır:

“Şərqi Zəngəzur bölgəsi artıq yaşıl enerji bölgəsi hesab olunur. Burada ən mühüm məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycan bütün bu işləri öz hesabına həyata keçirir. Cənab Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda 15-ci Zirvə Toplantısında çıxışı zamanı bu məsələlərlə bağlı çox geniş çıxış etdi. Azərbaycan mövqeyini açıq-aydın şəkildə İƏT ölkələrinin diqqətinə çatdırdı, eləcə də dövlətləri bu bölgədə layihələrin icrasında addımların atılmasına dəvət etdi. Həqiqətən də, çox təqdirəlayiqdir ki, Azərbaycan bu torpaqları işğaldan azad etdikdən sonra qısa müddətdə burada böyük quruculuq və abadlıq işlərinə başlanıldı. Bilirsiniz ki, artıq “Ağıllı kənd” layihəsi uğurla icra olunur, digər addımlar da dövlətimiz tərəfindən uğurla atılır. Bu onun göstərir ki, Azərbaycan müstəqil iqtisadiyyatı olan dövlətdir və İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri ilə sıx əlaqə saxlamaqda maraqlıdır. Təbii ki, Cənab Prezidentin bu fəaliyyəti İƏT tərəfindən də yüksək qiymətləndirildi və o, “qurucu lider” kimi tanındı. Hesab edirəm ki, bu Cənab Prezidentin atdığı növbəti uğurlu addımlardandır. Bu isə Azərbaycanın güclü dövlət olduğunu bir daha dünyaya göstərir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top