İqtisadiyyat

"Azeri Light"ın qiyməti 126 dollara çatır

Azeri Lightın qiyməti 126 dollara çatır

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,7% artaraq 125,94 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 121,43 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light"ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində "Azeri Light"ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

JD
Jalə Davud