“Azərbaycan ərazisində hərbi əməliyyatların dayanması üçün istənilən danışıqları dəstəkləyirik”

XARİCİ SİYASƏT 29 noy 2021, 12:11
“Biz Azərbaycanda və Azərbaycanla bağlı baş verən bütün hadisələr barədə məlumatlıyıq, izləyirik. Bu, hər addımda Azərbaycanı dəstəkləmək məqsədilədir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) hakim “Xalqın xidmətçisi” partiyasından deputatı İrina Allahverdiyeva bildirib.

O qeyd edib ki, ötən il Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bundan sonrakı dövrdə buna qarşı atılan istənilən addım təxribatdır:

“Ukrayna ərazi bütövlüyü məsələsində Azərbaycanı dəstəkləyir. Çünki, bu məsələ bizim də ağrılı yerimizdir. Əminəm ki, biz gələcəkdə də Azərbaycan tərəfinə dəstək və kömək göstərməkdə davam edəcəyik. Hesab edirəm ki, hərbi əməliyyatların dayandırılmasında Azərbaycanın yanındayıq, lazımı dəstəyə hazırıq”, - deyə, İrina Allahverdiyeva vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan ərazisində hərbi əməliyyatların dayandırılması və sülhün bərqərar olması üçün istənilən danışıqları dəstəkləyirlər:

“Yetər ki, insanlar artıq müharibsiz yaşasın, nəzərdə tutulan yeni kommunikasiyalar tezliklə açılsın” - deyə, o, əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top