Aşqabad Bəyannaməsində Azərbaycana işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə təbrik ünvanlanıb

GÜNDƏM 28 noy 2021, 15:46

"Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq".

Bu barədə Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammitinin yekun Bəyannaməsində deyilir.

Bəyannamədə Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanlanıb.

Sənəddə bundan sonrakı mərhələdə Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyi vurğulanır.

Həmçinin İƏT-ə üzv dövlətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə qoymaq imkanlarını araşdıracağı qeyd edilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top