Berdiməhəmmədov Ərdoğanı ali ordenlə təltif etdi

REGİON 27 noy 2021, 22:38
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı “Türkmənistan Dövlət Əməkdaşlıq Ordeni” ilə təltif edib.
 
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında yazıb.
 
"Türkmənistan Dövlət Əməkdaşlıq Ordeni ilə təltif olunduğum üçün qürur duyuram. Bu ali ordeni şərəflə daşıyacağam. Cənab Berdiməhəmmədova və bütün türkmən doğmalarıma təşəkkür edirəm", - Ərdoğan qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top