Bu həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

SOSİAL 26 noy 2021, 18:02
Yeni növ koronavirus ("COVID-19") infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə "COVID-19"la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci ilin yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top