“Park Bulvar”da “Happy Friday” fırtınası

BİZNES 25 noy 2021, 18:02
Bütün dünyada alış-veriş həvəskarlarının səbirsizliklə gözlədiyi özəl günlər var ki, bunlardan biri də Black Friday adlanan super endirim günüdür. 

Əlbəttə, şəhərimizin ilk və sevilən alış-veriş mərkəzi olan Park Bulvar Alış-veriş Mərkəzi də bu endirim fırtınasından kənarda qalmayıb. 

Noyabrın 26-sı, 27-si və 28-də Park Bulvarda bu kampaniya “Happy Friday” adı ilə keçiriləcək. Burada fəaliyyət göstərən mağazaların əksəriyyəti müxtəlif endirimlərlə, aksiyalarla müştəriləri sevindirəcək. Hər kəsi maraqlandıran endirim faizləri 20-80% arasında dəyişəcək. Bu, tanınmış, sevilən brendlərdən keyfiyyətli məhsullar əldə etmək üçün əla fürsətdir. 

Əminik ki, Park Bulvar müştəriləri bu fürsəti qaçırmayacaq! Kampaniyada geyim mağazaları ilə yanaşı, elektronika, telefon və aksessuar, parfümeriya mağazaları, gözəllik salonu, əyləncə məkanları, həmçinin kafe və restoranlar da iştirak edir. Həmin günlərdə mağazalar hər zamankı kimi saat 22.00-a qədər deyil, gecə saat 00.00-a qədər fəaliyyət göstərəcək. Həftə sonlarına təsadüf edən “Happy Friday”də Bakı Bulvarının incisi- Park Bulvar müştərilərini payızın son günlərində xoşbəxt bir gün keçirmək, alış-verişdən zövq almaq və doyunca əylənməyə dəvət edir.    
 
 Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 dek 2021, 08:30
Top