Kremldən Soçi görüşü ərəfəsi İLK AÇIQLAMA

XARİCİ SİYASƏT 25 noy 2021, 17:58
Bütün tərəflərin maraqlarını nəzərə almaqla regionda nəqliyyat əlaqələrinin açılması üzrə razılaşmaların əldə olunması üçün yaxşı perspektivlər görürük.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Zaxarova bildirib ki, açılmış marşrutlar üzrə beynəlxalq daşımalar beynəlxalq razılaşmalara və tərəflərdən hər birinin qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək.

“Biz 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixlərində əldə olunmuş razılaşmaların ardıcıl icrasına tərəfdarıq. Cənubi Qafqazda əlaqələrin bərpası da bu qəbildəndir. Bu vacib məsələ ilə üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup məşğul olur”, - Rusiya XİN-in rəsmi nümayəndəsi deyib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 noy 2021, 20:23
Top