“Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqlədi

SOSİAL 25 noy 2021, 17:44
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) uzunmüddətli xarici və yerli valyutada emitent defolt reytinqini (BDR) “BB+” səviyyəsində təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçininqeyd olunub ki, İKZF-ın reytinqi üzrə proqnozu "Stabil"dir.

“İpoteka və Kredit Zəmanət Fondunun Azərbaycan Respublikası ilə möhkəm əlaqəsi (BB+/Stabil) və kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsini asanlaşdırmaqla əlverişli mənzil təminatında və biznes mühitinin inkişafında Fondun strateji əhəmiyyətinə dair dəyişməz mövqeyini əks etdirir", - “Fitch" bildirir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top