Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

SOSİAL 25 noy 2021, 16:40
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1880 yeni yoluxma faktı qeydə alınıb, 1835 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 580 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 545 035 nəfər müalicə olunaraq sağalıb, 7736 nəfər vəfat edib, aktiv xəstə sayı 27 736 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 352, ötən müddət ərzində isə ümumilikdə 5 485 509 test aparılıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top