Show TV-də yayımlanan "Kızılcık Şerbeti" serialında Nursema obrazının yenidən ekranlara qayıdacağı iddia olunur.
Jurnalist Birsen Altuntaşın məlumatına görə, Ceren Karakoç seriala Nursema rolu ilə dönəcək. Lakin onun hansı bölümdə və necə görünəcəyi hələlik məlum deyil.
Nursema obrazı beşinci mövsümün ilk səhnəsində avtomobil qəzasında ölmüş, hətta məzarı da ekranda göstərilmişdi. Dörd mövsüm ərzində tamaşaçıların sevimlisinə çevrilən obrazın mümkün dönüşü maraq doğurub.
Xəbər serialın ssenari heyətində dəyişiklikdən sonra gündəmə gəlib. Layihənin əvvəlki ssenaristləri Melis Civelek və Zeynep Gür komandadan ayrılıb. Yeni heyətə Ozan Yurdakul, Meryem Gür, Burcu Över və Caner Güler daxil olub.
Qeyd edək ki, Nursemanın qayıdacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Məlumat jurnalist Birsen Altuntaşın xəbərinə əsaslanır.


