Müğənni Murat Bozun olduğu və yağış sularının dolduğu "Phonix" studiyasında aktrisa Demet Özdemir də köməksiz vəziyyətdə qalıb.
Demokrat.az xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkədə məlumat yayıb:
"Rəsmilərlə əlaqədəyik, bizə çatmalarını gözləyirik. Ümid edirəm ki, daha çox vaxt itirmədən birlikdə çalışdığım komanda yoldaşlarımla və burada köməksiz vəziyyətdə qalan insanlarla birlikdə xilas edilə bilərik.
Su getdikcə yüksəlir. Hazırda bizi ən çox narahat edən məsələ suyun qalxmasıdır".
Qeyd edək ki, sözügedən studiyada hazırda 300-dən çox insanın olduğu bildirilir.


