Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədə verdiyi siyasi sığınacaq qərarını dəyişmək niyyətində deyil.
Bunu Rusiyanın xarici işlər nazirinin müavini Georgi Borisenko yerli mediaya müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Suriyanın hazırkı hakimiyyəti Moskvanın Əsədə humanitar səbəblərlə siyasi sığınacaq verdiyini bilir və bu qərarın dəyişməyəcəyini anlayır.
Xatırladaq ki, Bəşər Əsəd ailəsi 2024-cü ilin dekabrında silahlı müxalifətin Dəməşqi ələ keçirərək əvvəlki hakimiyyəti devirməsindən sonra Rusiyaya sığınıb.


