Türkiyədə bu gün koronavirusdan 175 nəfər ölüb

REGİON 24 noy 2021, 22:34

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 175 nəfər ölüb.

Bu  barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 364 351 nəfər test edilib, onların 27 592-nin koronavirus testi pozitiv nəticə verib, 28 285 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 726 075 peyvənd tətbiq edilib ki, bunun 90,41 faizi birinci, 80,86 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top