Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 5 %-ə düşdü

MALİYYƏ 23 noy 2021, 13:16
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 815,9 milyon manat təşkil edib.

Demokrat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 6,3% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 8,65%, son 1 ildə isə 18,9% azalıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5% təşkil edib. Bu nisbət sentyabrın sonuna 5,5%, ötən ilin sonuna 6,1%, ötən il oktyabrın sonuna isə 6,8% olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top