“Avropada bu qış yarım milyon insan ölə bilər”

DÜNYA 21 noy 2021, 08:45

Əgər Avropa dövlətləri koronavirusa qarşı mübarizə tədbirlərini sərtləşdirməsələr qitədə bu qış yarım milyon insan pandemiyanın qurbanı ola bilər.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri Hans Klyuqe bildirib.

O, koronavirusun köhnə qitədə artan templərlə yayıldığını qeyd edib.

Klyuqe həmçinin COVID pasportlarına etiraz məsələsinə də toxunub. O, bu sənədlərin azadlığı məhdudlaşdırmadığı, əksinə müdafiə etdiyini vurğulayıb./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top