Göyçayda üç maşın toqquşdu — Ölən var

HADİSƏ 20 noy 2021, 22:25
Göyçay rayonunun Xəlitli kəndində "Mercedes" və iki ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
 
Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top