Generalın polkovnik bacısı oğlu vəzifəsindən azad olundu

SOSİAL 19 noy 2021, 23:53

Naxçıvan Muxtar Respublikasında Daxili İşlər nazirinin vəzifəsindən azad olunmasından sonra, ona yaxın olan polis rəisi də vəzifəsindən azad olunub.

Müvafiq əmrlə Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elnur İsmayılov tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, Elnur İsmayılov bir müddət bundan əvvəl vəzifəsindən azad olunan Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərovun bacısı oğludur. /manset.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top