Azərbaycanlı politoloq BZT Turan Akademiyasının “Fəxri Doktor”u seçilib

SOSİAL 10 iyul 2025, 17:18

Azərbaycanlı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Züriyə Qarayeva “Fəxri Doktor” diplomu ilə təltif olunub.

Diplom ona “BZT Turan Academy” tərəfindən təqdim edilib.

Təltif sənədində qeyd olunur ki, Z.Qarayeva Türk Dünyasının akademik əməkdaşlığı, beynəlxalq simpozium və konqreslərdəki fəal iştirakı, həmçinin göstərdiyi xidmət və elmi töhfələrə görə bu yüksək fəxri ada layiq görülüb.

“BZT Turan Academy”-nin rəsmi mövqeyinə əsasən bu mükafat Türk Dünyası alimləri arasında əməkdaşlığın gücləndirilməsi və ortaq elmi dəyərlərin təşviqi məqsədi daşıyır. (BAYRAQDAR MEDİA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top