"Hal-hazırda təmirli mənzillər "mayak" vəziyyətində, yəni təmirsiz satılan mənzillərdən daha çox əlverişlidir. Çünki yeni tikililər, mövcud normativ qaydalara uyğun şəkildə, yalnız nağdsız ödənişlərlə, torpaqların, işçi qüvvəsinin bahalaşdığı, inşaat materiallarının qiymətinin artımı durumunda tikilir və bu tikinti çox baha başa gəlir. Ona görə də yeni tikilən, binaların bazara təklif qiymətləri də yüksək olur".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.
"Amma həmin ölçüdə onların yaxınlığında yerləşən çoxlu mənzillər var ki, onlar bazara daha ucuz qiymətə təklif olunur və onlar təmirlidirlər. Eyni zamanda, onu alan şəxs təmir xərclərindən və əlavə həmin müddətdən azad olması üçün bir növ şərait yaratmış olurlar. Bu baxımdan mənzilləri hal-hazırda təmirli almaq daha məqsədəuyğundur".
O bildirib ki, fərdi yaşayış evlərində isə fərdi zövqlər yer alır:
"Belə olan təqdirdə, evlərini təmirsiz şəkildə almaq, və ya sıfırdan torpaq sahəsi alıb onun üzərində tikili inşa etmək daha məqsədəuyğundur.
Düzdür, mənzillərdə olduğu kimi təmir xərcləri fərdi evlərdə də yüksəkdir, amma fərdi yaşayış evləri xüsusi zövq və yanaşma tələb etdiyinə görə bir çox hallarda insanlar fərdi yaşayış evlərini hazır şəkildə almırlar. Təmiri və planlama işlərini öz zövqlərinə və istəklərinə uyğun şəkildə həyata keçirirlər".
Onun sözlərinə görə, hal-hazırda nə qədər qəribə olsa da, təmirli evlər daha çox ucuz başa gəlir, nəinki "mayak" vəziyyətində evlər alıb təmiri həyata keçirmək:
"Çünki, inşaat materialları da, işçi qüvvələri də bahadır. Buna görə də təmirli evlər bazara təmirsizlərdən daha ucuz təklif olunur".
Əfsanə Kamal
Demokrat.az