"Koronavirus pandemiyasından sonra epidemioloji vəziyyət bütün dünyada pisləşməyə doğru gedir. Pandemiyadan sonra immun sisteminin zədələnməsi, milli peyvənd təqviminə əməl edilməməsi vəziyyəti çətinləşdirir. Uzun müddət valideynlər uşaqları peyvəndlərdən yayındırıblar. Və bunun nəticəsini biz gördük. Qızılcanın Azərbaycanda kifayət qədər geniş yayılmasını, xeyli insanın xəstələnməsini, ölüm halları və s. müşahidə etdik. Bütün bunlar göstərir ki, qəbul edilmiş ümumi qaydalara riayət etməmək sonda faciələrə gətirib çıxarır".
Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib:
O bildirib ki, milli peyvənd təqviminə ciddi riayət edilməlidir:
"Bu peyvənd təqviminə riayət etmək orqanizmin immun sistemini həm orada nəzərdə tutulan 13 adda xəstəliyə qarşı, həm də bütövlükdə qripə, su çiçəyinə, digər xəstəliklərə qarşı saz vəziyyətdə saxlayır. Hal-hazırda dünyada bir neçə infeksiyaya qarşı olan vaksinlərin bir vaksin şəklində, daha asan şəkildə hazırlanması təmin edilib. Bunlar işi asanlaşdırmaq üçündür".
Professor bildirib ki, suçiçəyinin milli peyvənd təqvimində adı yoxdur:
"Suçiçəyi "opoyasivayuşiy lişay" dediyimiz dəmrov törədir. Bu zaman sinir zədələnir, sinir boyu ağrılar və səpkilər müşahidə edilir. Ümumiyyətlə, xəstəlik adətən uşaqlarda görünür. Lakin yaşlı adamlarda da xəstəliyin olması mümkündür. 18 yaşından yuxarı uşaqlar bunu çox pis keçirirlər. İmmun sistem ciddi şəkildə zədələnir, hətta bəzən sağalma 1 ilə qədər davam edə bilit. O baxımdan da diqqətli olmaq lazımdır.
O qeyd edib ki, koksaki virusu enteroviruslar qrupuna aiddir və bir az fərqli virusdur:
"Burada səpkilər olsa da, başqa əlamətlər də özünü göstərir. İstənilən infeksiya bizim immun sistemimizlə çox ciddi savaşır və bunlar öz izini bədəndə qoyur. Ona görə də mümkün olan vasitələrdən, profilaktik tədbirlərdən yayınmaq lazım deyil. Xüsusilə də milli peyvənd təqvimi üzrə uşaqların vaxtında peyvənd olunmasına ciddi fikir vermək lazımdır. Ondan sonrakı dövrdə isə dünya səhiyyə təşkilatının ortaya çıxardığı tövsiyələrə əməl etmək vacibdir".
Qeyd edək ki, rəsmi açıqlamaya əsasən son zamanlar "suçiçəyi" virusuna yoluxma halları artıb.
Əfsanə Kamal
Demokrat.az