"Bazarlarda meyvələrin qiyməti çox yüksəkdir. Xüsusilə iri şəhərlərdə olan meyvələrin çoxu qonşu ölkələrdən gətirilir. Gilas mövsümü artıq başa çatıb. Gilas şimalda ən gec yetişən meyvədir. Mövsümündə kilosu 8-9 manat olsa da, kamerada saxlanma xərclərinə görə qiymət yüksəlir. Gilas tez xarab olan məhsul olduğu üçün saxlanma müddətində də bir hissəsi ziyan olur".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib.
O bildirib ki, bzarlarda satılanlar demək olar ki, xaricdən ixrac olunur:
"Respublika öz-özünü meyvə ilə təmin edə bilmir. Hazırda meyvələrin baha olmasının əsas səbəbi xaricdən gətirilmələri və soyuducu xərcləridir.
Ölkənin özünü meyvə ilə təmin etməsi üçün regionladda tədarük alış məntəqələri yaradılmalıdır. Qarabağ regionunda artıq böyük meyvə bağlarımız var. Ümid edirik ki, yaxın gələcəkdə əhali meyvənin qiymətində ucuzlaşmanın şahidi olacaq. Quba-Qusar bölgəsində almaların ziyan olduğunu görürdük. Dövlət nəzarəti olmalı, meyvələr regionlara paylanmalıdır. Bu işlər hazırda fərdi insanların üzərinə düşdüyü üçün iş düzgün təşkil olunmur".
Əfsanə Kamal
Demokrat.az