70 ildir əhaliyə xidmət edən xəstəxananın təyinatı niyə dəyişdirilib? — VİDEO

SOSİAL 19 noy 2021, 15:26
Sabirabadın Axtaçı kəndində yerləşən xəstəxana 1950-ci ildə inşa olunaraq fəaliyyətə başlayıb. O vaxtdan bəri əhaliyə fasiləsiz xidmət göstərən xəstəxana 2021-ci il yanvarın 1-dən TƏBİB-in balansına keçdikdən sonra tibb məntəqəsi kimi fəaliyyət göstərir. 

Rayonun bütün kəndlərində, eləcə də Axtaçı-Muğan kəndində də tibb məntəqəsi fəaliyyət göstərir. Sakinlər deyir ki, Axtaçı-Muğan xəstəxanası 15 çarpayılıq olub və vaxtı ilə 24 saat əhaliyə xidmət göstərib.

Xəstəxananın xidmətlərindən rayonun Osmanlı, Şıxsalahlı, Qaratoğay, Güdəcühür, Həşimxanlı və Ulacalı kənlərindən olan 10 minə yaxın sakin istifadə edib. Lakin bu ilin yanvarın 1-dən TƏBİB-in balansına keçdikdən sonra hər gün saat 16:00-a qədər fəaliyyət göstərməyə başlayıb. Bu da öz növbəsində kənd sakinlərinin narazılığına səbəb olub. Onlar qeyd edirlər ki, indi 50 kilometr məsafə qət edərək Sabirabad və Şirvan şəhər xəstəxanalarına getmək məcburiyyətində qalıblar.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top