Hafiz Hacıyev süni nəfəs aparatından istifadə etmir

GÜNDƏM 19 noy 2021, 13:03
"Xəstə olduğum müddətdə imkan olduqca siyasətdə baş verənləri, Azərbaycan xalqı üçün önəmli olan hadisələri izləyirdim. Çətin vəziyyət yaranıb, təəssüflər olsun ki, yenə şəhid vermişik və yaralı hərbçilərimiz var. Görülən ciddi tədbirlərə rəğmən bu cür hadisələrin hələ də baş verməsinin səbəbi düşmənin öz murdar niyyətlərindən əl çəkməməsidir".

Bunu Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O hesab edir ki, növbəti dəfə şəhid verməyimiz bizi daha ayıq-sayıq olmağa vadar edir: "İstənilən halda, erməni təxribatlarının davamlılığını nəzərə alaraq tədbirləri əldən verməməliyik. Doğrudan da, qalib xalq kimi firavan yaşamaq üçün xalq-dövlət birliyi önəmlidir".

Bir müddət əvvəl koronavirusa yoluxmuş H.Hacıyev, həmçinin səhhəti barədə məlumat verib. Qeyd edib ki, hazırda özünü yaxşı hiss edir: "Evdə müalicə alıram. Süni tənəffüs aparatından daha istifadə etmirəm. Getdikcə yaxşılaşıram".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top